...

ABŞ Roma Papasının atəşkəs təklifini rədd edib

Dünya xəbərləri Materials 10 Dekabr 2024 08:20 (UTC +04:00)
ABŞ Roma Papasının atəşkəs təklifini rədd edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının hakimiyyəti Roma Papası Fransiskin bütün münaqişə zonalarında atəşkəs çağırışını rədd edib və onu dəstəkləmədiyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

Miller qeyd edib ki, ABŞ münaqişələrin dayandırılmasını və həllini dəstəkləyir:

“Biz münaqişələrin dayandırılmasını və həll olunmasını istəyirik. Lakin bu, hər bir halda dərhal atəşkəs demək deyil”.

Xatırladaq ki, bundan əvvəl Roma Papası Fransisk Yaxın Şərqdəki katoliklərə ünvanladığı məktubda beynəlxalq birliyin bölgədəki münaqişələri həll edə bilməməsini vurğulamışdı.

Xəbər lenti

Xəbər lenti