Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubundakı Əl-Xiyam yaşayış məntəqəsinə hücum edib, nəticədə bir neçə nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.
Yaralanan şəxslərin “Hizbullah” silahlıları deyil, mülki vətəndaşlar olduğu bildirilir.
Livanın Baş naziri Nəcib Miqati, ABŞ və Fransanın təşəbbüsü ilə əldə edilmiş 60 günlük atəşkəs razılaşmasının İsrail tərəfindən yenidən pozulmasını kəskin tənqid edib. O, İsrailin beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini vurğulayıb.