...

Çin lazer sınaq sistemi üçün beş peyki uğurla orbitə buraxıb

Dünya xəbərləri Materials 13 Dekabr 2024 02:39 (UTC +04:00)
Çin lazer sınaq sistemi üçün beş peyki uğurla orbitə buraxıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin, yüksək sürətli lazer sınaq sistemi üçün nəzərdə tutulmuş beş peyki uğurla orbitə çıxarıb.

Trend xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

Peyklər CZ-2D (Long March 2D) raketdaşıyıcısı vasitəsilə, Pekin vaxtı ilə saat 15:17-də (Bakı vaxtı ilə 10:17) Ciuquan peyk buraxılış mərkəzindən orbitə göndərilib. Bu buraxılış, Long March raketləri üçün 551-ci missiya olub.

Qeyd edək ki, CZ-2D raketi aşağı Yer orbitinə 3,5 ton, günəşin sinxron orbitinə isə 1,3 tonadək faydalı yük daşımaq qabiliyyətinə malikdir.

Xəbər lenti

Xəbər lenti