Bakı. Trend:
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp tezliklə ölkə tarixində ən böyük deportasiya əməliyyatına başlayacağını bəyan edib.
Trend xəbər verir
ki, Vaşinqtondakı Capital One idman arenasında tərəfdarları
qarşısında çıxış edən Tramp bu əməliyyatın rekordçu prezident Duayt
Eyzenhaueri belə geridə qoyacağını bildirib:
“Çox tezliklə biz Amerika tarixində ən böyük deportasiya
əməliyyatına başlayacağıq. Bu, hazırda rekord sahibi olan Prezident
Duayt Eyzenhauerdən də böyük olacaq”, – deyə Tramp qeyd edib.
Bununla yanaşı, Respublikaçı lider ABŞ-nin 35-ci prezidenti Con
Kennedi, onun qardaşı Robert Kennedi və Nobel Sülh mükafatı
laureatı Martin Lüter Kinqin qətli ilə bağlı məxfi materialları
dərc etməyə hazırlaşdığını açıqlayıb.
“Biz prezident Con Kennedi, onun qardaşı Robert Kennedi və doktor
Martin Lüter Kinq-kiçiyin qətli ilə bağlı qalan qeydləri və böyük
ictimai maraq doğuran digər mövzuları ictimaiyyətə açıqlayacağıq,”
– Tramp vurğulayıb.
Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.