Bakı. Trend:
Cənubi Koreyada polislər qiyam işi ilə bağlı axtarışların aparılması üçün yenidən prezident administrasiyasının binasına gediblər.
Trend xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanları eyni zamanda barəsində həbs qətimkan tədbiri seçilmiş prezident Yun Sok Yolun Samçhondon rayonunda yerləşən evində axtarışlar həyata keçirməyi planlaşdırır.
Xatırladaq ki, Yun Sok Yol yanvarın 15-də öz iqamətgahında polis tərəfindən həbs olunmuşdu. Yanvarın 19-da prezident qiyam işi ilə bağlı istintaq təcridxanasına yerləşdirilib.