Bakı. Trend:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp öz komandasına yaxın günlərdə Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb.
Trend xəbər verir ki, bu haqda CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, telefon danışığı Trampın inaqurasiyasından sonra bir neçə gün ərzində baş tuta bilər və əsas məqsəd Ukraynada döyüşləri dayandırmaqla bağlı danışıqlar aparmaq məqsədilə Putinlə yaxın aylarda təkbətək görüşün təşkil olunmasıdır.
Qeyd edilir ki, Tramp və onun komandası ən qısa zamanda Ukrayna münaqişəsinin nizamlanması planı üzərində işlərə başlayacaqlarına və bir ay ərzində buna nail olacaqlarına ümid edirlər.