Bakı. Trend:
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İtaliya A Seriyasını dünyanın ən güclü liqası elan edib.
Trend xəbər verir ki, təşkilatın rəsmi saytında dərc olunan reytinqə əsasən, İtaliya çempionatı 1992 xal toplayaraq birinci yeri tutub.
İkinci yerdə 1885 xalla İspaniya La Liqası qərarlaşıb, üçüncü pillədə isə İngiltərə Premyer Liqası 1871 xalla yer alıb. Reytinqdə Almaniya çempionatı beşinci (1606 xal), Fransa Liqası isə səkkizinci (1125 xal) sıradadır.
Bundan əlavə, IFFHS ötən ilin yekunlarına əsasən İspaniyanın "Real Madrid" klubunu ilin ən yaxşısı elan edib.