Bakı. Trend:
Donald Tramp Vaşinqtonda keçirilən qələbə mitinqində 20 mindən çox tərəfdarına müraciət edib.
Trend xəbər verir ki, Capital One Arenada toplanan izdiham sabah Trampın andiçmə mərasimi ilə Amerika siyasətində yeni bir dövrün başlanacağını qeyd edir.
Tramp çıxışında əsas məqamları vurğulayıb:
Yeni dövrün başlanğıcı: “Sabah günorta saatlarında Amerikanın dörd illik tənəzzülünə son qoyulacaq. Biz güclü, firavan və qürurlu Amerikanın səhərini açacağıq,” – deyə o qeyd edib.
Milli müdafiə: Tramp hərbçilərə ABŞ-ı müdafiə etmək üçün Dəmir Qübbə raketdən müdafiə sistemini yaratmağı tapşıracağını bildirib.
Tarixi sənədlər: ABŞ-ın 35-ci prezidenti Con Kennedinin və Martin Lüter Kinqin qətli ilə bağlı sənədlərin məxfiliyinin açılacağına söz verib.
Sosial media: TikTok-un blokdan çıxarılması barədə çıxışı zamanı Tramp “Təsəvvür edin, TikTok geri döndü” deyə zarafat edib.
İqtisadi və miqrasiya siyasəti: Tramp ABŞ-ın cənub sərhədində qeyri-qanuni miqrasiyaya qarşı tədbirlər görəcəyini, neft hasilatına qoyulan məhdudiyyətlərin aradan qaldırılacağını və qeyri-qanuni miqrantlara qarşı sərt tədbirlər görüləcəyini vəd edib.
Elon Maskın təyinatı: İlon Maskın Səmərəlilik Departamentinə rəhbərlik edəcəyini açıqlayaraq, “Biz dahilərimizi qorumalıyıq, çünki bizdə o qədər də çox deyil,” – deyə əlavə edib.
Mitinqin mədəni proqramında musiqiçi Kid Rok çıxış edib. Bundan sonra, Trampın tərəfdarları, o cümlədən gələcək vitse-prezident J.D. Vens, kiçik Donald Tramp və jurnalist Meqin Kelli mitinqə qatılıblar.