...

Berlində hökumət binalarına ziyan vurmaqda şübhəli bilinən şəxs saxlanılıb

Dünya xəbərləri Materials 20 Yanvar 2025 04:21 (UTC +04:00)
Berlində hökumət binalarına ziyan vurmaqda şübhəli bilinən şəxs saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Berlində hökumət binalarına daş atmaqda və ziyan vurmaqda şübhəli bilinən şəxs həbs edilib.

Trend xəbər verir ki, bu barədə Almaniya paytaxtı polisinin mətbuat xidməti məlumat yayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, 48 yaşlı kişi Tirqarten ərazisində yerləşən Pol Lebenin evinin şüşəli giriş qapısına daş atıb. Daha sonra onun Federal Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların binalarına da ziyan vurduğu məlum olub.

Polisin verdiyi məlumata əsasən, saxlanılan şəxs hazırda həbsdədir.

Almaniyanın Bild nəşri şübhəlinin Suriya əsilli olduğunu bildirib. O, konstitusiya şikayətinə diqqət çəkmək məqsədilə bu addımı atdığını deyib.

Xəbər lenti

Xəbər lenti