Bakı. Trend:
Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi DÇ-2026-da mümkün iştirakı ilə bağlı sualı cavablandırıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu bu turnirdə komandasına kömək edə bilmək üçün formada qalmağa çalışdığını söyləyib.
Qeyd edək ki, Messi Argentina millisi ilə son dünya çempionatının qalibi olub. Forvard həmçinin turnirin ən yaxşı futbolçusu seçilib.