Bakı. Trend:
"Beşiktaş"ın 26 yaşlı futbolçusu Baxtiyar Zaynutdinov, Rusiyaya qayıtmaq istəyir.
Trend xəbər verir ki, Zaynutdinovun xidmətində "Dinamo" (Moskva) maraqlıdır.
Futbolçunun Rusiyaya qayıtmağa müsbət yanaşması, ona gələn təkliflərə verəcəyi cavabdan sonra müəyyənləşəcək.
“Beşiktaş” isə Zaynutdinovu satmaqda və ya icarəyə buraxmağa
razıdır.
Futbolçunun İstanbul təmsilçisi ilə müqavilə müddəti 2027-ci ilin
iyunun 30-na qədərdir. O, 2023-cü il avqustun 21-də "Beşiktaş"a
keçmişdi.
Zaynutdinov daha əvvəl "Taraz", "Astana", "Rostov" və ÇSKA (Moskva) klublarında çıxış edib.