...

"Apple" Çinin "ByteDance" şirkətinə məxsus 11 tətbiqi "App Store"dan sildi

Dünya xəbərləri Materials 20 Yanvar 2025 08:44 (UTC +04:00)
"Apple" Çinin "ByteDance" şirkətinə məxsus 11 tətbiqi "App Store"dan sildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalıları düşmən ölkələrin idarə etdiyi proqramların təsirlərindən qorumaq məqsədilə qəbul edilmiş qanun çərçivəsində "Apple" şirkəti "TikTok" və "ByteDance" şirkətinə məxsus daha on tətbiqi "App Store"dan silib.

Trend xəbər verir ki, "TechCrunch" bu hadisəni görünməmiş bir addım kimi dəyərləndirib, çünki "Apple" adətən "App Store"dan silinən proqramların siyahısını açıqlamır.

Siyahıda "TikTok" ilə yanaşı "TikTok Studio", "TikTok Shop", "CapCut", "Lemon8", "Hypic", "Lark", "Lark - Rooms Display", "Lark Rooms Controller", "Gauth: AI Study Companion" və "Marvel Snap" kimi proqramlar da yer alır.

"Apple" nümayəndələri şirkətin ABŞ qanunlarına uyğun fəaliyyət göstərməyə borclu olduğunu bildiriblər. Sözügedən tətbiqlərin yüklənməsi və yenilənməsinə qoyulan qadağa 19 yanvar 2025-ci ildən qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti