...

Qərbi Afrika Ölkələri İqtisadi Birliyi 135 əməkdaşını işdən azad edib

Dünya xəbərləri Materials 9 Fevral 2025 06:54 (UTC +04:00)
Qərbi Afrika Ölkələri İqtisadi Birliyi 135 əməkdaşını işdən azad edib

Bakı. Trend:

Qərbi Afrika Ölkələri İqtisadi Birliyi eyni gündə 135 əməkdaşını işdən azad edib.

Trend-in məlumatına görə, bu barədə heç kimə qabaqcadan xəbərdarlıq edilməyib. İşdən azad olunma barədə qərar əməkdaşların elektron poçtuna göndərilib. İxtisara düşənlərin hamısı Burkina-Faso, Mali və Nigerin təmsişçiləridir. Onların arasında iqtisadçılar və diplomatlar üstünlük təşkil edirlər.

Qeyd edək ki, yanvarın 9-da Burkina-Faso, Mali və Niger Qərbi Afrika Ölkələri İqtisadi Birliyini tərk edib. Hər 3 ölkə bu qərarını təşkilatın “Afrika xalqlarının tələblərinə cavab verməməsi” ilə əsaslandırıb.

Xəbər lenti

Xəbər lenti