Bakı. Trend:
Boliviyanın Potosi departamentində sərnişin avtobusunun 800 metr dərinlikdəki dərəyə aşması nəticəsində ən azı 31 nəfər həyatını itirib.
Trend xəbər verir ki, bu barədə “La Razon” qəzeti məlumat verib.
Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Polis rəsmisi Limbert Çoke bildirib ki, ölənlərin sayı arta bilər, çünki hələ bütün cəsədlər çıxarılmayıb.
Qəza nəticəsində 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanalara yerləşdirilib. Potosi şəhərindən Oruroya gedən avtobusun dərəyə düşməsinin səbəbləri araşdırılır.