Bakı. Trend:
Çin Ukraynada vəziyyətin normallaşmasına xidmət edən istənilən fəaliyyəti dəstəkləyir.
Trend-in məlumatına görə, bunu Çin Xarici İşlər naziri Vanq Yi BMT Təhlükəsizlik Şurasının iclasından əvvəl deyib.
"Çin sülh danışıqlarına yönəlmiş bütün səyləri dəstəkləyir", - deyə o bildirib.
Vanq Yi qeyd edib ki, bu vəziyyətdə Pekin əvvəllər Çin sədri Si Cinpinin irəli sürdüyü dörd prinsipə - eqoist məqsədlər güdməmək, vəziyyətin gərginləşməsinə töhfə verməmək, sülhün bərpası üçün şərait yaratmaq və Ukrayna ətrafında baş verən hadisələrin qlobal iqtisadiyyata təsirini azaltmaq - sadiq qalmaqda davam edir.