...

Tramp fevralın sonuna qədər Putinlə görüşəcəyini ehtimal edib

Dünya xəbərləri Materials 19 Fevral 2025 03:24 (UTC +04:00)
Tramp fevralın sonuna qədər Putinlə görüşəcəyini ehtimal edib

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşü fevralın sonuna qədər baş tuta bilər.

Trend-in məlumatına görə, ABŞ lideri çərşənbə axşamı yeni fərmanlarını imzalayarkən jurnalistlərin suallarını cavablandırarkən bunu təsdiqləyib. Tədbir D.Trampın Florida ştatının Uest-Palm-Biç şəhəei yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində baş tutub.

ABŞ prezidentindən Putinlə görüşünün ayın sonuna qədər baş tutacağını hələ də gözlədiyinə aydınlıq gətirməsi istənilib. “Yəqin ki,” - deyə Tramp cavab verib. Bu məsələ ilə bağlı ondan əlavə şərh verilməyib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun fevralın 18-də Ər-Riyadda Rusiya-ABŞ danışıqlarından sonra verdiyi məlumata görə, Putinlə Tramp arasında görüş üçün konkret tarix hələ müəyyən edilməyib. O qeyd edib ki, görüşün gələn həftə baş tutması ehtimalı azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti