Bakı.Trend:
ABŞ və Rusiya arasında Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqların aparılması fonunda Avropa İttifaqı Ukraynaya əlavə hərbi yardım paketi hazırlayır.
Trend xəbər verir ki, bu haqda “Politico” Avropa İttifaqından olan üç diplomata istinadən məlumat yayıb.
Məlumata görə, hərbi yardım paketinin həcmi azı 6 milyard avro təşkil edəcək.
İddiaya əsasən, paketə 1,5 milyon artilleriya mərmisinin və hava hücumundan müdafiə komplekslərinin daxil edilməsi nəzərdə tutulur.
Yardım paketinin Avropa İttifaqı ali komissarlarının fevralın 24-ə Kiyevə planlaşdırılan səfəri ərəfəsində ictimailəşdiriləcəyi bildirilir.