...

"Turkmenistan Airlines" Aşqabaddan Moskvaya reyslərin dayandırılması müddətini uzadıb

Dünya xəbərləri Materials 28 Fevral 2025 20:20 (UTC +04:00)
"Turkmenistan Airlines" Aşqabaddan Moskvaya reyslərin dayandırılması müddətini uzadıb
Aman Bakiyev
Aman Bakiyev
Bütün xəbərlər

Aşqabad. Trend:

“Turkmenistan Airlines” hava yolları şirkəti Aşqabad-Moskva istiqamətində hava reyslərini dayandırıb.

Trend xəbər verir ki, bu haqda aviaşirkətin "Telegram" kanalında məlumat dərc olunub.

“Türkmənistan aviaşirkəti xəbər verir ki, Aşqabad-Moskva-Aşqabaq marşrutu üzrə müntəzəm reyslər 31.03.2025-ci ilə qədər təxirə salınır”, - deyə aviadaşıyıcının bəyanatında deyilir.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında “Turkmenistan Aİrlines” yanvar ayının sonuna qədər Rusiyaya reysləri dayandırmışdı.

Belə bir qərar 25 dekabr 2024-cü ildə Azərbaycanın AZAL aviaşirkətinə aid sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması fonunda qəbul olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti