...

İlon Mask ABŞ-nin BMT və NATO-dan çıxması ideyasını dəstəkləyib

Dünya xəbərləri Materials 2 Mart 2025 06:24 (UTC +04:00)
İlon Mask ABŞ-nin BMT və NATO-dan çıxması ideyasını dəstəkləyib

Bakı. Trend:

ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən amerikalı sahibkar İlon Mask ABŞ-nin BMT və NATO-dan çıxması ideyası ilə razılaşıb.

Trend-in məlumatına görə, bu barədə İ.Mask "X" sosial şəbəkəsində yazıb.

"Mən dəstəkləyirəm", - deyə o, "X" sosial şəbəkəsində istifadəçilərdən birinin ABŞ-nin yuxarıda adı çəkilən təşkilatlardan çıxmasının vaxtının çatması ilə bağlı yazısına şərh verib.

Bir müddət əvvəl ABŞ-nin respublikaçı senatoru Mayk Li bildirib ki, ABŞ-nin BMT-dən çıxarılması və onun maliyyələşdirilməsinin dayandırılması təşəbbüsü ABŞ Senatında irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti