...

İslam ölkələri BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olmalıdır - Ərdoğan

Dünya xəbərləri Materials 3 Mart 2025 23:10 (UTC +04:00)
İslam ölkələri BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olmalıdır - Ərdoğan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal qərar qəbuletmə mexanizmlərinin dəyişən qlobal şəraitə uyğunlaşmasının vaxtı çoxdan çatıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə birgə iftar proqramında deyib.

Onun sözlərinə görə, dünya əhalisinin dörddə birini təşkil edən müsəlmanlar qərar vermə proseslərində layiq olduqları şəkildə təmsil olunmalıdırlar.

“BMT Təhlükəsizlik Şurasında veto hüququ olan bir İslam ölkəsinin olması indi tələbdən daha çox zərurətdir”, - deyə prezident vurğulayıb.

"Biz görürük ki, 5 daimi üzv hakimiyyəti ədalət əsasında bölmək əvəzinə, hakimiyyəti cəmləşdirərək problemlərin qarşısını almağa çalışır. Unutmayaq ki, bu dəyişiklik dalğasına qarşı durduqca problemlərimizin sayı və miqyası daha da artacaq", - deyə Türkiyə prezidenti qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti