Daşkənd. Trend:
Özbəkistan və Gürcüstan Şərqlə Qərbi birləşdirən əsas marşrut kimi Orda Dəhlizin strateji əhəmiyyətini qeyd ediblər.
Trend xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri Maki Boçorişvilinin Özbəkistanlı həmkarı Bəxtiyar Saidovla keçirdiyi görüşdə danışılıb.
Nazirlər dəhlizin effektivliyi və ötürücülük qabiliyyətinin artırılmasına hədəflənmiş nəqliyyat və logistika sahələrində əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını təsdiq ediblər. Bu kontekstdə Gürcüstan və Özbəkistanın iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyasının yerli layihələrin təşviqində oynadığı vacib rol vurğulanıb.
Ticarət və nəqliyyat infrastrukturu məsələləri ilə yanaşı, nazirlər təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər, həmçinin regional təhlükəsizliklə bağlı fikir mübadiləsi aparıblar.
Görüşün sonunda tərəflər Gürcüstan və Özbəkistan arasında tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinə hazırlıq ifadə ediblər.
Qeyd edək ki, Orta dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropadan keçməklə Çin və Avropa İttifaqı ölkələri arasında konteyner-dəmiryolu yük daşımaları şəbəkəsini birləşdirir.
Çoxşaxəli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizdəki bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə əlaqələndirir.