...

ABŞ Ukrayna ilə münasibətlərini yenidən nəzərdən keçirir

Dünya xəbərləri Materials 6 Mart 2025 00:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hazırda Ukrayna ilə münasibətlərinin bütün aspektlərini yenidən nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts məlumat verib.

"Biz bir addım geri çəkilmişik və bu münasibətlərin bütün aspektlərini dayandırırıq və yenidən nəzərdən keçiririk," - deyə Uolts, Ağ Evdə Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatlarını bölüşməsinin hələ də dayandırılıb-dayandırılmaması ilə bağlı suala cavabında bildirib.

Uolts əlavə edib ki, o, ukraynalı həmkarı ilə münaqişənin həlli üzrə danışıqların aparılması üçün mümkün yer və onlara gələn nümayəndə heyətlərinin tərkibi barədə telefon danışığı aparıb.

ABŞ prezidentinin köməkçisi danışıqları baş tutmuş hesab etdiyini və son sutka ərzində bu sahədə baş verən proseslərlə bağlı nikbin olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti