Bakı. Trend
Cənubi Koreyanın Pxoçxon şəhərində ABŞ qırıcısının təlimlər zamanı səhvən atəş açması nəticəsində azı 7 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
İnsident, Sınjin təlim poliqonunun yaxınlığında ABŞ və Cənubi Koreyanın birgə canlı atəş təlimləri zamanı baş verib. Mərmilər şəxsi evə, kilsəyə və park edilmiş avtomobillərə dəyib.
Cənubi Koreya Hərbi Hava Qüvvələri insidentin "KF-16" qırıcısının döyüş sursatında yaranan nasazlıqdan qaynaqlandığını bildirib. "KF-16" Amerikanın F-16 Fighting Falcon qırıcısının Cənubi Koreya versiyasıdır.
XXX
07:41
Cənubi Koreyanın Pxoçxon şəhərində yaşayış binasına mərmi düşməsi nəticəsində 7 nəfər xəsarət alıb, bir neçə bina isə dağılıb.
Trend xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Hadisə cümə axşamı, yerli vaxtla saat 09:00 radələrində baş verib.
Pxoçxon şəhəri Şimali Koreya ilə sərhədə yaxın yerləşdiyindən səlahiyyətlilər mərminin mənşəyini araşdırır və onun haradan buraxıldığını müəyyən etməyə çalışırlar.
