...

Hitrou Hava Limanı fəaliyyətini qismən bərpa edib

Dünya xəbərləri Materials 22 Mart 2025 03:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropanın ən işlək hava limanı olan Hitrou artıq fəaliyyətini qismən bərpa edib.

Trend BBC-yə istinadla xəbər verir ki, ilk təyyarə hava limanına eniş edib. Sərnişinlərə yalnız aviaşirkətdən rəsmi xəbərdarlıq alındıqdan sonra hava limanına yollanmaları tövsiyə olunub. Hava limanının rəhbərliyi sabah tam xidmət göstərməyə ümid etdiyini bəyan edib.

Londonun cənub-şərqində elektrik yarımstansiyasında baş vermiş güclü partlayış nəticəsində Hitrou hava limanı elektriksiz qalıb. Yarımstansiyada baş verən və hava limanının elektrik təchizatını dayandıran yanğınla bağlı araşdırma Londondakı terrorla mübarizə polisi tərəfindən aparılır, lakin hazırda qəsdən törədilməyə dair heç bir əlamət yoxdur.

Hava limanındakı mənbələr bildirib ki, ehtiyat generatorlar işə düşsə də, bütün hava limanını enerji ilə təmin etmək üçün kifayət etməyib. Aviasiya sənayesi üzrə ekspertlər isə bu hadisənin ciddi suallar doğurduğunu vurğulayırlar.

Xəbər lenti

Xəbər lenti