Bakı. Trend:
Tehran yaşayış binasında partlayış verib.
Trend xəbər verir ki, bu barədə Tehranın Yanğınsöndürmə və Təhlükəsizlik Xidmətinin nümayəndəsi Seyid Cəlal Maleki deyib.
Onun sözlərinə görə, yanğın qaz sızması səbəbindən baş verib. Xidmət rəsmisi qeyd edib ki, hadisə nəticəsində yaşayış binası dağılıb.
O bildirib ki, partlayış dağlasının təsirindən bir neçə mağazada şüşələr qırılıb, bu da partalyışın güclü olmasında xəbər verir.
Məlumata əsasən, indiyədək 21 nəfər yaralanıb, onlardan 11-i Tehran vilayətindən olan təcili tibbi yardım mütəxəssisləri tərəfindən tibb mərkəzlərinə çatdırılıb.