Bakı. Trend:
ABŞ-də səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
"Dövlət katibi Ukraynada və Cənubi Qafqazda sülhün təmin edilməsində Türkiyədən dəstək istəyib. O, Türkiyənin İŞİD-ə qalib gəlmək üzrə Qlobal Koalisiyadakı liderliyini təqdir etdiyini bildirib və beynəlxalq terrorizmin bazasına və İranın sabitliyi pozan fəaliyyətləri üçün kanala çevrilməyən sabit, vahid və sülhsevər Suriyanı dəstəkləmək üçün yaxın əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb", - deyə Dövlət Departamentindən bildirilib.
Dövlət katibi həmçinin ikitərəfli ticarətdə son nailiyyətləri qeyd edib və iqtisadi tərəfdaşlığı daha da inkişaf etdirməyə çağırıb. O, həmçinin Türkiyədə son həbslər və etirazlarla bağlı narahatlığını ifadə edib.