Bakı. Trend:
Ermənistan parlamentinin deputatları ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başlanılması haqda qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib.
Trend Ermənistan KİV-ə istinadə xəbər verir ki, qanunverici orqanın iclası yerli telekanallar vasitəsilə canlı yayımlanıb.
“Qanun layihəsinin leyhinə 64 nəfər səs verib, 7 deputat ona qarşı çıxıb, beləcə qanun qəbul olunub”,- Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.