Bakı. Trend:
Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançıları son 24 saat ərzində ABŞ-nin "USS Harry Truman" təyyarədaşıyan gəmisinə üç dəfə hücum ediblər.
Trend-in məlumatına görə, bu barədə üsyançıların silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya deyib.
"Son 24 saat ərzində silahlı qüvvələrimiz Qırmızı dənizdə ABŞ-nin “Harry Truman” aviadaşıyıcısının rəhbərliyi ilə düşmənin hərbi gəmiləri ilə 3 dəfə toqquşub. Qarşıdurma əməliyyatına bir neçə qanadlı raket və dronlardan istifadə edən raket qüvvələri, pilotsuz təyyarələr və dəniz qüvvələri cəlb edilib", - deyə o bildirib.