Bakı. Trend:
Şimali Kipr Türk Cümhuriyyətində konsert verən Türkiyənin məşhur müğənnisi Volkan Konakın səhnədə vəziyyəti pisləşib və o, huşunu itirərək yerə yıxılıb.
Trend xəbər verir ki, sənətçi ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.
Həkimlərin müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.