...

Türkiyənin Qaziantep şəhəri “Avropa Mükafatı 2025”in qalibi oldu

Dünya xəbərləri Materials 8 Aprel 2025 20:36 (UTC +04:00)
Türkiyənin Qaziantep şəhəri “Avropa Mükafatı 2025”in qalibi oldu
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2025-ci il "Avropa Mükafatı" Türkiyənin Qaziantep şəhərinə verilib.

Trend AŞPA-ya istinadən xəbər verir ki, bu mükafat hər il Avropa dəyərlərinin təbliğində ən böyük fəaliyyət göstərən şəhərə verilir.

Qaziantep Türkiyənin Cənub-Şərqi Anadolu Bölgəsində yerləşən 1.200.000 əhalisi olan bir şəhərdir. Duysburq (Almaniya), Celje (Sloveniya), Ostrava (Çexiya), Braqa (Portuqaliya) və Lüdviqshafen (Almaniya) daxil olmaqla 25 şəhərə qardaşlaşıb.

Şəhər Avropa Mobillik Həftəsində fəal iştirak edir və Avropa Gününü qeyd edir. O, həmçinin, Avropa Keyfiyyət İdarəetmə Etiketinə (ELoGE) layiq görülüb.

Şəhər Eurocities, Energy Cities, UNESCO Creative Cities Network və Türk Bələdiyyələr Birliyinin daxil olduğu 28 beynəlxalq şəbəkənin üzvüdür.

AŞPA tərəfindən 1955-ci ildə təsis edilmiş Avropa Mükafatı Avropa şəhərinin Avropa əməkdaşlığının inkişafına verdiyi töhfəyə görə ala biləcəyi ən yüksək mükafatdır. Mükafata kubok, medal, diplom və qalib şəhərin gəncləri üçün Avropa institutlarına təhsil səfərinin təşkili üçün istifadə olunan qrant daxildir.

Mükafat uğrunda daha beş şəhər də mübarizə aparıb: Auqsburq və Münster (Almaniya), Birştonas (Litva), Płońsk (Polşa) və Vinnitsa (Ukrayna).

Xəbər lenti

Xəbər lenti