...

Bu ölkənin parlament rəsmisi Tacikistan səfəri zamanı ölüb

Dünya xəbərləri Materials 9 Aprel 2025 13:03 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Zambiyanın Milli Assambleyasının (təkpalatalı parlament – red.) katibi Roy Nqulube Parlamentlərarası İttifaqın 150-ci assambleyasında iştirak məqəsdilə Daşkəndə rəsmi səfər zamanı dünyasını dəyişib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

“PAİ prezidenti Tuliya Ekson və baş katib Martin Çunqonq Zambiya Milli Assambleyasının katibi Roy Nqulubenin MDB-nin 150-ci assambleyası zamanı vəfat etməsi xəbərindən dərin kədər hissi keçirirlər”, -bəyanatda qeyd olunur.

Parlamentlərarası İttifaqın 150-ci assambleyası 5–9 aprel tarixlərində Daşkənddə keçirilir. Assambleyada 180 ölkədən təxminən 2 000 nümayəndə, 15 müşahidəçi dövlət, eləcə də 25-dən çox beynəlxalq və parlamentlərarası təşkilat iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti