Bakı. Trend:
“British Airways” aviaşirkəti Hitrou Hava Limanında baqaj işçilərinin hündürlükdən yıxılması nəticəsində ciddi xəsarət alması ilə bağlı iki ayrı hadisəyə görə 3,2 milyon funt sterlinq cərimələnib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Londonun “Southwark” Krallıq Məhkəməsində baş tutan prosesdə hadisələrin bir neçə ay fərqlə baş verdiyi bildirilib.
Qeyd edilir ki, hər iki halda işçilər yükləmə avadanlığından istifadə zamanı qoruyucu kənar barmaqlıqların olmaması səbəbilə yıxılaraq xəsarət alıblar.
Böyük Britaniya Səhiyyə və Təhlükəsizlik İcra Hakimiyyətinin (HSE) irəli sürdüyü ittihama əsasən şirkət əməkdaşlarını qorumaq üçün yetərli və adekvat tədbirlər görməyib.