Bakı. Trend:
Qəzza zolağına gedən və içində isveçli ekoloq Qreta Tunberq və digər Fələstin tərəfdarı fəalları daşıyan "Madlen" gəmisi İsrail dəniz xüsusi təyinatlıların gəmi qalxdqıdan sonra İsrailin Aşdod limanına aparılıb.
Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti xəbər verib.
Məlumata əsasən, fəalların özləri saxlanılıb və deportasiya olunacaqlar.
"“Selfi yaxta”nın sərnişinləri İsraili tərk edərək vətənlərinə qayıtmaq üçün Ben Qurion hava limanına gəliblər. “Selfi yaxta” sərnişinlərindən bəzilərinin yaxın bir neçə saat ərzində ölkəni tərk edəcəyi gözlənilir", - deyə İsrail Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.
Nazirlik xəbərdarlıq edib ki, “deportasiya sənədlərini imzalamaqdan və İsraili tərk etməkdən imtina edənlər, İsrail qanunlarına uyğun olaraq, onların deportasiyası üçün icazə verəcək ədliyyə orqanının qarşısına çıxacaqlar” və əlavə edib ki, sərnişinlərin öz ölkələrindən olan konsullar onları hava limanında qarşılayıb.