...

İran və AEBA yeni əməkdaşlıq çərçivəsini araşdıracaq

Dünya xəbərləri Materials 11 Avqust 2025 11:30 (UTC +04:00)
İran və AEBA yeni əməkdaşlıq çərçivəsini araşdıracaq
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

11 avqustda Tehranda İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəsmiləri arasında iki tərəfin yeni əməkdaşlıq çərçivəsi araşdırılacaq.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun müavininin rəhbərlik etdiyi heyətlə İran Xarici İşlər Nazirliyi arasında müzakirə aparılacaq və AEBA-nın yoxlama üçün heç bir proqram nəzərdə tutulmayıb.

Araqçi bildirib ki, İran və AEBA yeni çərçivə üzrə razılaşma əldə etməyib. Yeni çərçivə üzərində razılaşma əldə olunmadığı müddətədək əməkdaşlıq başlanmayacaq. Yeni çərçivə mütləq İran parlamentinin qəbul etdiyi qanun əsasında olacaq.

Qeyd edək ki, 2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA ilə əməkdaşlığın dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dair qərar verib. İran parlamentinin qəbul etdiyi qanuna əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalar keçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvə mərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyi halda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə verilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti