...

Papua - Yeni Qvineya sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb

Hadisə Materials 17 Sentyabr 2025 06:28 (UTC +04:00)
Papua - Yeni Qvineya sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb

Bakı. Trend:

Solomon dənizində Yeni İrlandiya və Buqenvil (Papua - Yeni Qvineya) adaları yaxınlığında 6 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı bildirib.

Filialın operativ emal məlumatlarına əsasən, zəlzələnin episentri Yeni İrlandiya adasının cənub ucundan 120 km cənub-şərqdə və Yeni Qvineya adasındakı Lae şəhərindən 750 km şərqdə yerləşib.

Episentrdə zəlzələnin intensivliyinə əsasən seysmik hadisə “güclü” kimi qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti