...

Ölkəyə xarici müdaxiləni dəstəkləyənlər vətəndaşlıqdan məhrum edilməlidir - Maduro

Dünya xəbərləri Materials 31 Oktyabr 2025 13:55 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuelaya xarici müdaxiləni dəstəkləyən və xarici ölkələrin ordularına qoşulan venesuelalılar vətəndaşlıqdan məhrum edilməlidirlər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Venesuela Prezidenti Nikolas Maduro çıxış edib.

“Bolivar Respublikası Venesuela Konstitusiyasının 130-cu maddəsinə əsaslanaraq Ali Məhkəməyə sorğu göndərmişəm ki, hər hansı bir xəyanətkar – əgər o, xarici ordunun tərkibinə daxil olub Venesuelaya müdaxilə etməyə cəhd edərsə - vətəndaşlıqdan məhrum edilsin və konstitusiyaya uyğun olaraq digər zəruri cəzaları alsın”, - deyə o, yerli telekanala müsahibəsində bildirib.

Maduronun bu bəyanatı ABŞ ilə Venesuela arasında diplomatik gərginliyin yaşanması fonunda səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti