...

Maduronun sayılı günləri qalıb – ABŞ Prezidenti

Dünya xəbərləri Materials 3 Noyabr 2025 11:00 (UTC +04:00)
Maduronun sayılı günləri qalıb – ABŞ Prezidenti
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuela prezidenti Nikolas Maduronun sayılı günləri qalıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Amerika lideri Donald Tramp CBS telekanalında yayımlanan “60 dəqiqə” proqramında bildirib.

ABŞ-nin Venesuela ilə müharibə edib-etməyəcəyi barədə suala cavab verərkən Tramp bunun baş verəcəyinə şübhə etdiyini qeyd edib.

“Mən buna şübhə edirəm, elə düşünmürəm. Amma onlar bizə çox pis davranırlar, məsələ təkcə narkotiklərlə bağlı deyil, onlar həbsxanalarından və psixiatrik müəssisələrindən yüz minlərlə arzuolunmaz şəxsi ölkəmizə buraxıblar”, – Ağ Ev rəhbəri bildirib.

Tramp Venesuela probleminin narkotiklərlə, yoxsa Maduronun hakimiyyətdən getməsi ilə bağlı olub-olmaması sualına birbaşa cavab verməkdən yayınsa da, “Maduronun sayılı günləri qalıb?” sualına “Bəli, belə demək olar” cavabını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti