...

ABŞ Livan hakimiyyətinə "Hizbullah"ı zəiflətmək üçün iki ay vaxt verib

Dünya xəbərləri Materials 11 Noyabr 2025 03:10 (UTC +04:00)

Bakı. Trend:

Livana gələn Amerika nümayəndə heyəti Livanın "Hizbullah" hərəkatının maliyyə və hərbi imkanlarını azaldacaq tədbirlər görmək üçün Beyruta iki ay vaxt verib.

Trend-in məlumatına görə, bu barədə "LBCI" televiziya kanalı mənbələrə istinadən xəbər verib.

"Mənbələr bildirib ki, Livanın Baş naziri Nəvaf Salam, Livan Mərkəzi Bankının qubernatoru Kərim Süeyd, Daxili İşlər naziri Əhməd əl-Həcər və ədliyyə naziri Adel Nassarın iştirak etdiyi görüşlərdə təcili və konkret tədbirlər diqqət mərkəzində olub", - deyə telekanal bildirib.

Bildirilib ki, nümayəndə heyəti görüşdükləri hər bir Livan rəsmisindən gözlədikləri tədbirlərin ətraflı siyahısını təqdim edib.

"O, Livanın "Hizbullah" hərəkatının hərbi arsenalının azaltmaqda və maliyyə şəbəkələrini kəsməkdə ciddiliyini sübut etmək üçün qətiyyətli tədbirlər görməli olduğu iki aylıq vaxt verib", - deyə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti