Bakı. Trend:
ABŞ Senatı hökumətin yenidən açılmasına imkan verən qanun layihəsi üzrə yekun səsverməni qəbul edib.
Trend-in məlumatına görə, səsvermənin nəticələrinə görə, qanun layihəsini 60 qanunverici dəstəkləyib, 40 nəfər isə əleyhinə səs verib.
Qanun layihəsi şatdaun zamanı ödənişsiz məzuniyyətə göndərilən dövlət məmurlarının retroaktiv ödənişlərin və 2026-cı maliyyə ilinin sonuna qədər (30 sentyabr) ərzaq talonlarının maliyyələşdirilməsini nəzərdə tutur.
Qanun layihəsi Senatda qəbul edildikdən sonra səsvermə üçün Nümayəndələr Palatasına göndəriləcək.