...

İranda SEPAH üzvləri öldürülüb

Dünya xəbərləri Materials 10 Dekabr 2025 16:03 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 3 üzvü terror qruplaşmaları ilə silahlı insidentdə öldürülüb.

Trend xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçilər Korpusu məlumat yayıb.

Məlumata görə, SEPAH üzvləri Sistan və Bəlucistan vilayətinin Zahidan şəhərinin Lar sərhəd bölgəsində silahlı insident nəticəsində öldürülüb.

Hadisə yerindən qaçan terrorçuların axtarışı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti