...

ABŞ Dövlət Departamenti Danimarkaya 951 milyon dollara raket satışını təsdiqləyib

Dünya xəbərləri Materials 23 Dekabr 2025 05:36 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Danimarkaya 951 milyon dollara raket satışını təsdiqləyib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Danimarkaya 951 milyon dollara hava-hava raketlərinin satışını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi xəbər verib.

Məlumata əsasən, bundan əvvəl Danimarka hakimiyyəti əvvəllər ABŞ-dən 236 ədəd "AMRAAM-ER" raketi və əlaqəli avadanlıq almasını istəyib. Sənəddə vurğulanıb ki, "təklif olunan satış NATO müttəfiqinin təhlükəsizliyini artırmaqla ABŞ-in xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq".

ABŞ administrasiyası artıq Konqresi yuxarıda adı çəkilən raketlərin potensial satışını təsdiqləmək qərarı ilə bağlı məlumatlandırıb. Qanunverici orqanın potensial müqaviləni nəzərdən keçirmək və onu bloklayıb-bloklamamaq barədə qərar qəbul etmək üçün 30 günü var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti