...

"Qalatasaray" prezidentinin keçmiş müavini həbs olunub

Dünya xəbərləri Materials 30 Dekabr 2025 10:52 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə qanunsuz mərc oyunlarında iştirakla bağlı istintaq çərçivəsində “Qalatasaray” klubunun prezidentinin keçmiş müavini Erden Timur cinayət yolu ilə əldə edilmiş aktivlərin leqallaşdırılması ittihamı üzrə həbs olunub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Həmin istintaq çərçivəsində saxlanılan “Galatasaray Sportif A.Ş.”nin keçmiş prezident müavini Erden Timur polis idarəsində aparılan prosedurlar başa çatdıqdan sonra Çağlayanda yerləşən İstanbul Məhkəməsinə göndərilmişdi.

Şübhəli Erden Timurun prokurorluqda ifadəsi alındıqdan sonra onun işinin mövcud sənəddən ayrı araşdırılmasına zərurət olduğu müəyyən edilib.

Beləliklə Timurun işi İstanbul Respublika Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Bürosuna göndərilib və burada aparılan prosedurlardan sonra o, cinayət yolu ilə əldə edilmiş aktivlərin leqallaşdırılması maddəsi üzrə həbs olunması tələbi ilə İstanbul birinci instansiya məhkəməsinə təqdim edilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti