Bakı. Trend:
ABŞ Polşadakı hərbi bazalarda infrastrukturun inkişafı üçün 500 milyon dollar ayıracaq.
Trend-in məlumatına görə, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik deyib.
"ABŞ hökuməti Polşadakı dörd baza - Dravsko-Pomorski, Povidz, Vrotslav və Lask üçün 500 milyon dollardan çox investisiya planını təsdiqləyib", - deyə nazir müavini "X" sosial şəbəkəsində yazıb.
Polşa hakimiyyəti 2035-ci ilə qədər ölkədəki ABŞ hərbi obyektlərinə hər il 250 milyon dollar xərcləməyi öhdəsinə götürüb.