Bakı. Trend:
Venesuela ölkənin qanuni prezidenti Nikolas Maduronun qaçırılması ilə nəticələnən ABŞ hücumuna təslim olmayıb və bütün ölkələrlə əməkdaşlığa açıqdır.
Trend-in məlumatına görə, bu barədə ölkənin müvəqqəti prezidenti Delsi Rodriqes bildirib.
"Biz heç bir təcavüzə təslim olmayacağıq. Əllərimiz dünyanın bütün ölkələrinə açılıb, onlarla iqtisadi, ticarət və enerji əməkdaşlığı qurmağa çalışırıq", - deyə o çıxışı zamanı bildirib.