...

İran dinc etirazlar fonunda qanuni tələbləri araşdırmaq üçün heç bir səyi əsirgəmir – XİN

Dünya xəbərləri Materials 8 Yanvar 2026 11:14 (UTC +04:00)
İran dinc etirazlar fonunda qanuni tələbləri araşdırmaq üçün heç bir səyi əsirgəmir – XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran qanun çərçivəsində dinc etirazları rəsmən tanıyır və vətəndaşların qanuni tələblərini araşdırmaq üçün heç bir səyi əsirgəmir.

Trend-in məlumatına görə, bu, İranın Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb

Bəyanata əsasən, İran bu istiqamətdə iqtisadi problemlərin azaldılması üçün lazımi tədbirlərin görülməsinin əhəmiyyət kəsb etdiyini bildirərək bu problemlərin əsas hissəsinin ABŞ-nin İran əleyhinə sanksiyalar çərçivəsində yarandığını qeyd edir.

Bəyanatda qeyd olunur ki, İran vətəndaşlarının milli birliyini gücləndirməklə istənilən müdaxiləyə qarşı çıxacaq və ölkənin müstəqilliyi və suverenliyinə zərbə vurulmasına imkan verməyəcək.

Qeyd edək ki, dekabr ayının sonlarından etibarən ölkədə İran rialının xarici valyutalar qarşısında dəyərini itirməsi, inflyasiya və iqtisadi və maliyyə böhranı kimi problemlərə görə, etiraz aksiyaları keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti