...

Maqnit qasırğası gözlənilir

Dünya xəbərləri Materials 8 Yanvar 2026 12:16 (UTC +04:00)
Maqnit qasırğası gözlənilir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yer planetinin yaxınlığından plazma buludunun keçidi ilə əlaqədar yanvarın 9-da zəif maqnit qasırğası müşahidə oluna bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Yanvarın 6-da Günəşdən çıxan orta ölçülü plazma tullantısının planetin yaxınlığından keçməsi ilə əlaqədar sabah minimal səviyyəli - G1 kateqoriyalı maqnit qasırğaları gözlənilir”, - deyə laboratoriyanın məlumatında qeyd olunur.

Qeyd olunur ki, proqnoz “plazma buludunun güclü şəkildə yan tərəfə sürüşməsi” səbəbindən kifayət qədər qeyri-sabitdir.

Məlumata görə, plazma tullantısının bir az sola yönəlməsi halında o, Yer kürəsinin yanından hər hansı geomaqnit nəticələr yaratmadan keçəcək. Əks halda hesablanmış göstəricilərlə müqayisədə geomaqnit dalğalanmalarının nəzərəçarpacaq dərəcədə güclənməsinə səbəb ola bilər.

Bundan əlavə, məlumatda qeyd olunur ki, qarşıdakı iki gün ərzində Günəşin Yerə tərəf yönəlmiş hissəsində koronal dəliyin yaranması səbəbindən Günəş küləyinin sürətində mülayim artım mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti