Bakı. Trend:
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff yanvarın 22-də Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, CNBC telekanalına verdiyi müsahibədə bildirib.
Uitkoff-un sözlərinə görə, o, yanvarın 22-də ABŞ liderinin kürəkəni Cared Kuşnerlə birlikdə Rusiyaya səfər edəcək.
Stiv Uitkoff və Cared Kuşner son aylarda ABŞ administrasiyasının Ukrayna münaqişəsinin siyasi-diplomatik yolla nizamlanması istiqamətində apardığı təmaslarda fəal iştirak edirlər. Onlar müxtəlif tərəflərlə danışıqlar üçün kanallarının açıq saxlanmasına və mümkün kompromis variantlarının müzakirəsinə yönəlmiş təşəbbüslərdə iştirak edirlər.
