...

Əbu-Dabidə Ukrayna üzrə danışıqlar: bir neçə sülh sənədi müzakirə olunur

Dünya xəbərləri Materials 24 Yanvar 2026 14:26 (UTC +04:00)
Əbu-Dabidə Ukrayna üzrə danışıqlar: bir neçə sülh sənədi müzakirə olunur
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların ikinci günü keçirilir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, nümayəndə heyətləri eyni vaxtda bir neçə sülh sənədini müzakirə edirlər.

Məlumata görə, Əbu-Dabidəki danışıqlar qrupları Ukraynada sülhə dair o cümlədən ərazi məsələləri və təhlükəsizlik təminatları ilə bağlı bir neçə sənəd layihəsini paralel şəkildə nəzərdən keçirir və müzakirə edir.

Qeyd edək ki, yanvarın 23-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk görüşü keçirilib. Danışıqlarda həm Moskva, həm də Kiyev üçün Donbas bölgəsinin mənsubiyyəti məsələsi prinsipial əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti