Bakı. Trend:
Əfqanıstanda son üç gündə yağan güclü qar və yağışlar nəticəsində azı 61 nəfər həyatını itirib, 110-dan çox şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Əfqanıstanın Milli Fövqəladə Halların İdarə Olunması Qurumunun rəsmisi Yusuf Həməd açıqlayıb.
Onun sözlərinə görə, güclü yağıntılar nəticəsində 458 ev qismən və ya tamamilə dağılıb, yüzlərlə xırdabuynuzlu və iribuynuzlu heyvan tələf olub. Həmçinin bir sıra kənd yollarının bağlandığı bildirilir.
Yusuf Həməd qeyd edib ki, yerli qurumlarla əlaqə qurulduqca itki və dağıntılarla bağlı rəqəmlərin artacağı istisna edilmir.
