...

İranın daxili problemlərinin xarici müdaxilə olmadan həll edilməsinin tərəfdarıyıq - Hakan Fidan

Dünya xəbərləri Materials 30 Yanvar 2026 15:39 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə İranın daxili problemlərinin xarici müdaxilə olmadan həll edilməsinin tərəfdarıdır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə İstanbulda keçirdiyi birgə mətbuat konfransında deyib.

Türkiyəli ali diplomatda rəsmi Ankaranın İranda baş verən hadisələri diqqətlə izlədiyini vurğulayıb.

“Etirazlar zamanı insanların həlak olmasından dərin təəssüf hissi keçirir və İran xalqına başsağlığı veririk. Vəziyyətin böyük ölçüdə sabitləşməsindən məmnunuq. Ümid edirik ki, sakitlik qorunub saxlanılacaq. Biz arzu edirik ki, İranın daxili problemləri dinc yolla, xarici müdaxilə olmadan və İran xalqının özü tərəfindən həll edilsin”, – deyə Hakan Fidan vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti